"Fantastik zibillər və onların məkanı" sikvelinin çəkilişləri başlayır
Harri Potterin daha beş filminin çəkilməsi planlaşdırılır. Coan Roulinqin "Fantastik zibillər və onların məkanı" romanının ekran əsəri üç hissədən deyil, beş hissədən ibarət olacaq. Artıq Böyük Britaniyada yazıçının ssenarisi üzrə "Fantastik zibillər və onların məkanı" ikinci filmin çəkilişləri başlayıb. Film ekranlara 16 noyabr 2018 tarixində çıxacaq. Bu hissədə Conni Depp Qrindevald və Cud Lou Dambldor obrazını yaradır. Baş rolu əvvəlki hissələrdə olduğu kimi Eddi Redmeyn ifa edir. Rejissor: Devid Yeyts. Sikveldə hadisələr London və Parisdə baş verir. Qrindevald həbsxanadan qaçır. Onu keçmiş dostu Dambldor dayandıra bilər.